Eminin qardaşı Məmunu Vəliəhdlikdən uzaqlaşdırması
Emin zövq və əyləncədən xilas ola bilmirdi. Onun bu vəziyyətindən istifadə edən Bizans hücuma keçdi. Bizans ordusu İslam torpaqlarına daxil oldu. Lakin bu belə Emini qəflət yuxusundan oyandırmadı. O, Abbasi taxtına övladlarını varis təyin etmək üçün öz qardaşının haqqma təcavüz etdi. Məmunu vəliəhdlikdən kənarlaşdıraraq balaca oğlu Musanı 810-cu ildə vəliəhd elan etdi. Məmun atası tərəfindən də sevilən və etibarlı bir şəxs idi. Hətta Harun, şərq üsyanını yatırmaq üçün də onu göndərmişdi. Atasının vəfatından sonra da Xorasan əmiri olan Məmun, İran əsilli Fəzl b. Səhli özünə vəzir təyin etmişdi. Fəzlin məsləhəti ilə Məmun ədalətə böyük əhəmiyyət verirdi. Bu baxımdan xalq tərəfindən sevilirdi.
Davamı →
Davamı →